Ordu.az xəbər verir ki, Ağdam Rayon İcra Hakimiyyətinin dəstəyi, Ağdam Rayon Təhsil sektorunun, Ağdam Olimpiya İdman Kompleksinin , Qarabağ Regional Gənclər və İdman İdarəsinin Ağdam rayonu üzrə Gənclər və idman sektorunun və Uşaq gənclər idman şahmat məktəbinin birgə təşkilatçılığı ilə baş tutan turnirdə rayonun ümumtəhsil məktəblərini təmsil edən 24 komanda mübarizə aparıb.
Turnirin açılış mərasimində şəhidin ailə üzvləri, Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, YAP Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, Ağdam Rayon Təhsil sektorunun müdiri Tahir Abbasov, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Mərasim dövlət himninin səsləndirilməsi ilə başlanıb, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların və ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
RİH başçısı Vaqif Həsənov açılış mərasimində çıxış edərək şəhid Vüqar Vəliyevin keçdiyi şərəfli döyüş yolundan , şəhid ailələrinə, qazilərə göstərilən dövlət qayğısından bəhs edib, iştirakçılara uğurlar arzulayıb.
Turnirin sonunda qaliblərə kubok və digər hədiyyələr təqdim olunub.
Şəhid Vüqar Vəliyevin anası Gülzadə Vəliyeva tədbirin sonunda yarışın təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib.
Ordu.az