Ölkəmizdə Azərbaycan-Türkiyə birgə taktiki təlimi keçiriləcək - VİDEO+FOTOLAR
Oxunub: 15611
14:16
17 Oktyabr 2023
Azərbaycanda keçiriləcək Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümünə həsr olunmuş birgə taktiki təlimə cəlb edilən qardaş ölkənin Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu və aviasiya vasitələri ölkəmizdədir.
Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, birgə taktiki təlimin 23-25 oktyabr tarixlərində Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası və azad edilmiş ərazilərimiz də daxil olmaqla bir neçə istiqamətdə keçirilməsi planlaşdırılır.