Azərbaycan nümayəndə heyəti NATO PA-nın illik sessiyası çərçivəsində görüşlər keçirib - FOTOLAR

2023/10/edee6-1696864010.jpg
Oxunub: 19831     18:06     09 Oktyabr 2023    
Azərbaycan Milli Məclisinin NATO Parlament Assambleyasındakı (PA) nümayəndə heyəti və Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyinin üzvləri NATO PA-nın 06-09 oktyabr 2023 tarixlərində Danimarkanın paytaxtı Kopenhagen şəhərində keçirilən 69-cu illik sessiyasında iştirak edib.

Ordu.az xəbər verir ki, sessiya çərçivəsində Azərbaycan nümayəndə heyəti, həmçinin Türkiyə, Norveç, Serbiya, Danimarka, Portuqaliya, İspaniya və digər ölkələrin NATO PA-dakı nümayəndə heyətləri ilə görüşlər keçirib.

Görüşlər zamanı parlamentlərarası əlaqələr, regionda son inkişaflar və Avropanın enerji təhlükəsizliyinə dair müzakirələr keçirilib, həmçinin digər maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Azərbaycan   NATO  


Bizi "telegram"da izləyin