Azərbaycan və Qazaxıstan müdafiə nazirləri “Xəzri-2023” birgə taktiki təliminin növbəti mərhələsini izləyiblər - VİDEO+FOTOLAR

2023/10/a5e10-1696668030.jpg
Oxunub: 25144     12:36     07 Oktyabr 2023    
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, Qazaxıstan Respublikasının müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov və digər vəzifəli şəxslər “Xəzri-2023” birgə taktiki təliminin növbəti mərhələsini izləyiblər.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə təlimin gedişatı ilə bağlı müdafiə nazirlərinə məruzə edilib.

İki mərhələdə keçirilən birgə təlimin növbəti epizodlarında Azərbaycan və Qazaxıstanın dəniz piyadaları və xüsusi təyinatlıları digər qoşun növləri ilə qarşılıqlı əlaqədə qarşıya qoyulan bütün tapşırıqları müvəffəqiyyətlə icra ediblər.

Müdafiə nazirləri ümumilikdə təlimin gedişatını və hərbi qulluqçuların peşəkarlığını yüksək qiymətləndiriblər.
Sonda təlimdə fərqlənən bir qrup hərbi qulluqçuya qiymətli hədiyyələr təqdim edilib.

Qeyd edək ki, “Xəzri-2023” birgə taktiki təlimində İran İslam Respublikasının HDQ-nin nümayəndə heyəti müşahidəçi qismində işirak edir.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Xəzri-2023   Azərbaycan   Qazaxıstan  


Bizi "telegram"da izləyin