İsrail ordusuna məxsus hərbi baza ələ keçirilib - FOTOLAR

2023/10/israi-1696663411.jpg
Oxunub: 16977     11:18     07 Oktyabr 2023    
İsrail ordusuna məxsus hərbi baza ələ keçirilib.

Ordu.az xəbər verir ki, bu barədə İsrail KİV-ləri məlumat yayıb.

Bildirilib ki, hərbi baza fələstinli silahlılar tərəfindən ələ keçirilib.

Qeyd edək ki, bu gün səhər İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsində reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

Hələ ki, ordu görünmür, 30 dəqiqədən az müddət ərzində silahlı hücumçular Sderotda gəzirlər. Artıq dinc sakinlər arasında ölənlər var.

İsrail ordusu müharibəyə hazırlıq vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qalant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: İsrail   Hərbibaza  


Bizi "telegram"da izləyin