Antiterror tədbirlərində yaralanaraq şəhid olan polis dəfn edilib - YENİLƏNİB

2023/10/ezizb-1696587581.jpg
Oxunub: 28680     13:55     06 Oktyabr 2023    
Qarabağda keçirilən antiterror tədbirləri zamanı ağır yaralanan, bu gün şəhid olan Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının polis nəfəri Əzizbəy Etibar oğlu Muradov dəfn edilib.

Ordu.az-ın məlumatına görə, şəhid Əzizbəy Muradovun nəşi doğulduğu Sabirabad rayonunun Ulacalı kəndinə gətirlib. Onunla yaşadığı evdə vida mərasimi keçirilib.

Şəhid Ulacalı kənd qəbiristanlığında, yaxınlarının mızarının yanında torpağa tapşırılıb.

Dəfn mərasimində rayon ictimaiyyətinin, hüquq-mühafizə orqanlarının nümayəndələri, Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, Çevik Polis Alayının əməkdaşları, hərbiçilər və şəhidin yaxınları iştirak ediblər.

***

Qarabağda antiterror tədbirləri zamanı yaralanan qazimiz şəhid olub.

Ordu.az xəbər verir ki, Sabirabad rayonu, Ulacalı kəndində doğulub boya-başa çatmış Əzizbəy Etibar oğlu Muradov bu gün səhər saatlarında müalicə aldığı hospitalda dünyasını dəyişib.

Antiterror əməliyyatları zamanı yaralanan Əzizbəy Muradov Çevik Polis Alayının polis nəfəri idi.

O, 44 günlük Vətən müharibəsində könüllü iştirak etmiş və Ali Baş Komandan tərəfindən beş medalla təltif olunmuşdu.

Asəf Zeynallı adına Musiqi kollecinin qarmon şöbəsində təhsil alan Əzizbəy Şuşa azad olunanda öz qabiliyyətini pianinoda “Qarabağ şikəstəsi” ifa etməklə göstərmişdi.

Şəhidin dəfn mərasimi Sabirabad rayonunun Ulacalı kəndində olacaq.

Xatırladaq ki, şəhidin atası Etibar Muradov Birinci Qarabağ müharibəsi qazisi, Qarabağ Əlillərinə Qayğı İB-nin üzvüdür.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Qarabağ   Şəhid   DİN  


Bizi "telegram"da izləyin