"AKINCI"nı idarəetmə kursu"nu bitirən azərbaycanlı məzunlara sertifikatlar təqdim edilib - FOTOLAR

2023/07/3b0b3-1688833669.jpg
Oxunub: 6129     20:04     08 İyul 2023    
Türkiyənin Tekirdağ şəhərində yerləşən Çorlu Uçuş Təlim Mərkəzində "Baykar" müdafiə sənayesi şirkəti tərəfindən təşkil edilmiş "AKINCI silahlı pilotsuz uçuş aparatını idarəetmə kursu"nun növbəti buraxılışına həsr olunan mərasim keçirilib.

Bu barədə Ordu.az Azərbaycanın Türkiyədəki səfirliyindən bildirilib.

Buraxılış mərasimi "Baykar" şirkətinin rəsmiləri, ictimaiyyət nümayəndələri, kursun müəllim və rəhbər heyəti ilə bərabər Azərbaycanın Türkiyədəki Səfirliyi nəzdində fəaliyyət göstərən Hərbi Attaşelik Aparatının əməkdaşları da iştirak ediblər.

Mərasimdə kursu müvəffəqiyyətlə bitirən məzunlar çıxış ediblər və keyfiyyətli tədris, göstərilən diqqət və qayğıya görə bir daha kursun müəllim və rəhbər heyətinə minnətdarlığını bildirdilər.

Tədbirin sonunda kursu müvəffəqiyyətlə bitirən türkiyəli və azərbaycanlı məzunlara sertifikatlar təqdim edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: AKINCI   Azərbaycan  


Bizi "telegram"da izləyin