NATO-nun mənzil qərargahında Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı sərgi açılıb - FOTOLAR

2023/05/13896-1683035375.jpg
Oxunub: 2364     17:30     02 May 2023    
NATO-nun Belçikanın paytaxtı Brüssel şəhərindəki mənzil-qərargahında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində memorial-foto stendinin açılışı olub.

Ordu.az xəbər verir ki, bu barədə Azərbaycanın Alyansdakı nümayəndəsi Cəfər Hüseynzadə tviterdə yazıb.

Stentdə H.Əliyevin NATO-Azərbaycan münasibətlərinin inkişafına əvəzsiz töhfələrini əks etdirən fotolar və məlumatlar sərgilənir.

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev memorial-foto stendin açılış mərasimində iştirak edib.

Qeyd edək ki, H.Hacıyev Belçikada səfərdədir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: NATO   Heydər-Əliyev   100  


Bizi "telegram"da izləyin