Ordu.az xəbər verir ki, qurum işğaldan azad olunmuş ərazilərdə səfərdə olarkən vətəndaşları məsuliyyətli olmağa çağırıb.
"Qaydalara riayət etməmək, təhlükəsiz ərazilərdən kənara çıxmaq, xəbərdaredici nişanların tələblərinə riayət etməmək, məsuliyyətsiz və təkəbbürlü addım atmaq - sizi və yaxınlarınızı böyük faciə ilə üz-üzə qoya bilər.
Bu kimi hadisələrin qarşısının alınması məqsədilə həmrəy olaq, öz üzərimizə düşən məsuliyyəti yerinə yetirək. Böyük Qayıdışa birgə və təhlükəsiz addımlayaq!", - çağırışda deyilir.
Ordu.az