Müdafiə Nazirliyi "Baykar"la Azərbaycanda PUA-ların birgə istehsalına dair protokol imzalayıb - FOTOLAR

2023/04/265f7-1682612077.jpg
Oxunub: 2580     18:25     27 Aprel 2023    
Azərbaycan Müdafiə Nazirliyi və Türkiyənin “Baykar” şirkəti arasında Azərbaycanda pilotsuz uçuş aparatlarının birgə istehsalına dair niyyət protokolu imzalanıb.

Ordu.az-ın verdiyi xəbərə görə, bu barədə “Baykar” şirkəti məlumat yayıb.

Qeyd olunub ki, protokolu “Baykar”ın baş direktoru Haluk Bayraktar və Azərbaycan müdafiə nazirinin müavini Aqil Qurbanov imzalayıb.

Mərasimdə Azərbaycan müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələri Komandanı general-leytenant Ramiz Tahirov da iştirak edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Azərbaycan   Türkiyə   PUA  


Bizi "telegram"da izləyin