Loran Vokye Fransa Respublika Partiyasını təmsil edir. Onun Ermənistana səfəri əslində Fransanın xarici işlər naziri Ketrin Kolonnanın aprelin əvvəlinə planlaşdırılan regional səfərindən əvvəl baş tutur. Fransalı nazir Fransanın "sülh yolu" ilə nizamlanmaya yanaşmalarını təsdiqləmək üçün İrəvan və Bakıda olmağı planlaşdırdığını açıqlayıb.
Fransanın ən böyük regionlarından birinin rəhbərinin, həm də aparıcı partiyalardan birini təmsil edən şəxsin verdiyi təxribatçı bəyanatlardan sonra Ketrin Kolonnanın regional balanslaşdırılmış səfər həyata keçirməyə çalışacağını söyləmək həyasızlıq olardı. Yeri gəlmişkən, 2021-ci ildə Qarabağa qanunsuz daxil olan, seperatçıların lideri ilə görüşənlərdən biri də həmin partiyadan Fransa prezidentliyinə namizəd Valeri Pekress olub. Beləliklə, Loran Vokyenin Ermənistana səfəri nazir Kolonnanın səfərindən əvvəl Fransa siyasətinin incə işarəsidir, yoxsa bu həm də ölkənin daxili siyasi vəziyyəti ilə şərtlənən müəyyən Fransadaxili rəqabətin ifadəsidir? Və bu, Respublikaçılar Partiyasının prezident Makronun başçılıq etdiyi çoxluğu dəstəkləməkdən çəkindiyi təqaüd islahatı ilə bağlı olduqca mürəkkəb haldır. Bu baxımdan, Fransanın daxili siyasi reallıqlarında erməni icmasının əhval-ruhiyyəsi də nəzərə alınır.
Həmçinin mümkündür ki, Paris daxili problemlərlə həddən artıq məşğul olduğuna görə, mühüm hadisələrlə ayaqlaşmaq üçün hələ də minimum addımları zəruri hesab edir. Bütün bunlarla yanaşı, Zəngəzurla bağlı Vokyenin bəyanatı cəfəngdir, çünki Fransanın Qafqazda güclü təsir resursu yoxdur, habelə bu cür bəyanatlarda Ermənistan üçün obyektiv siyasi resurs və alətlər dəsti yoxdur. Ümumiyyətlə, Parisin Qafqazda müəyyən çoxvektorlu rahat oyun qurmaq niyyətləri qütbləşən reallıqla üz-üzədir və bu mənada Fransa seçim qarşısındadır: Paris bu istiqamətdə əsas tərəfdaş kimi Rusiya-İran, yoxsa ABŞ-Britaniya tandemini seçəcək?
Aqil Məmmədov
Ordu.az