Rusiyanın sursat ehtiyatları Ukraynaya qarşı müharibə tempini saxlaya bilərmi? – ANALİZ (II YAZI)

2023/03/1677745119.jpg
Oxunub: 6174     14:12     02 Mart 2023    
(II yazı. I yazını BURADAN oxuya bilərsiniz)

Kreml inadla Rusiya müdafiə sənayesinin Ukraynada ciddi şəkildə tükənmiş sursatların doldurulmasında heç bir probleminin olmayacağını iddia etsə də, sənaye daxilində istehsal nisbətlərinin daha yaxından təhlili bunun əksini göstərir. İlk növbədə, Rusiyanın Ukraynanın mülki infrastrukturunu güclü atəşə tutması artilleriya və Yaylım Atəşli Reaktiv Sistem (YARS) mərmilərinin çatışmazlığının artmasına səbəb olub. Rusiyanın müdafiə sənayesinin gücü mövcud atəş sürətini saxlamaq üçün kifayət etməyə bilər.

Həqiqətən, Plastmas Zavodu və Tədqiqat Maşınqayırma İnstitutu tərəfindən nə qədər artilleriya mərmisi istehsal edilə bilər? Kobud şəkildə desək, mərmilərin sayı istehsalçının gəlirini bir mərminin dəyərinə bölmək yolu ilə əldə edilə bilər. Lakin, istehsalın hansı hissəsinə bizi ilk növbədə maraqlandıran sursatların - 152 millimetrlik (mm) mərmilərin daxil olduğu bəlli deyil. Ukraynada istifadə edilən 203 mm-lik döyüş sursatının cüzi payı nəzərə alınaraq, bu tip mərmilərə məhəl qoyulmayıb, 122 mm-lik döyüş sursatı da nəzərə alınmayıb.

Birinci hissədə qeyd olunan mənbələrdən məlum olur ki, hər iki zavod həm mülki, həm də hərbi təyinatlı geniş çeşiddə məhsullar istehsal edir. İddia edilir ki, 152 mm-lik sursatın ümumi gəlirdə payı 50 faizə yaxındır. Reallıqda isə əsl pay çox güman ki, daha kiçikdir, lakin daha dəqiq məlumat olmadığı biz bu nisbətdən istifadə edəcəyik.

Belə ki, 2014-cü ildən 2016-cı ilə qədər istehsal olunan döyüş sursatının miqdarını saxlamaq üçün həm Zavod, həm də Elmi-Tədqiqat Maşınqayırma İnstitutundan əldə olunan gəlirlər birləşdirilib, sonra orta hesab çıxarılıb və müvafiq il üçün 152 mm-lik döyüş sursatının dəyərinə bölünüb. Gəlir məlumatlarının olmaması səbəbindən 2017-ci ildən başlayaraq sursat istehsalının həcmini təxmin etmək daha çətin idi. Burada biz hasilatın artım tempinin illik 15 faizdən çox olmayacağına dair fərziyyə irəli sürürük.

Ümumiyyətlə, bu dərəcə nə dərəcədə adekvatdır? 2017-ci ildə eyni sənayedəki başqa bir müəssisənin, “NPO Splav”ın baş direktoru istehsal templərində 20 faiz artım əldə etməyi qarşısına məqsəd qoymuşdu, lakin bu, növbəti bir neçə il ərzində istehsalın ümumi artım tempinə aid idi. Buna əsaslanaraq, hesab etmək lazımdır ki, istehsalın illik 15 faizlik artım tempi də yüksək qiymətləndirilir.

Qiymətləndirmə nəticələri aşağıdakı kimidir:


Cədvəldən göründüyü kimi, 2014-2021-ci illər ərzində Rusiyanın müdafiə sənayesi ümumi çəkisi 177.000 tondan çox olan təxminən 3,5 milyon ədəd 152 mm-lik mərmi istehsal edib. Bu cür qiymətləndirmə olduqca optimist görünür, çünki bu rəqəmlər ən ucuz mərmi istehsalını nəzərdə tutur. Buna görə də, çox güman ki, istehsal olunan vahidlərin ümumi sayının əhəmiyyətli bir hissəsi digər, daha bahalı növlərə aiddir.

YARS MLRS mərmilərinə gəlincə, onların istehsal həcmini hesablamaq daha çətindir. Onların istehsalçısı olan “NPO Splav” təkcə döyüş sursatlarının deyil, həm də raket sistemlərinin istehsalı ilə məşğul olur və sənaye avadanlıqları və xüsusi kimyəvi maddələr istehsal edir. YARS üçün döyüş sursatlarının çeşidi də daha genişdir və ən azı üç əsas növü əhatə edir: 122 mm (Qrad), 220 mm (Uragan) və 300 mm (Smerç), hər biri dəyəri ilə əhəmiyyətli dərəcədə fərqlənir.

Bundan əlavə, açıq mənbələrdə bildirilir ki, “Qrad” üçün ən çox istifadə olunan 122 mm-lik mərmilər ən azı 2020-ci ilə qədər ümumiyyətlə istehsal olunmayıb.

2017-ci ildə “NPO Splav”ın baş direktoru deyib: “2015-ci ildə prezident [Putin] “Qrad” üçün mərmi istehsalını bərpa etməyi tapşırıb. Bu gün onlara Rusiya Silahlı Qüvvələri tərəfindən böyük tələbat var. Vəzifə uğurla həll edildi. Növbəti iki il üçün planlar onların kütləvi istehsalını bərpa etməkdir ... 2017-ci ildə “NPO Splav”da investisiya proqramının bir hissəsi olaraq istehsal güclərinin genişləndirilməsinə yönəlmiş layihəyə start verildi. Layihə çərçivəsində yeni emalatxana alınıb. Onun istismara verilməsi 2019-cu ilə planlaşdırılır. Bu sahədə ən son “Tornado-S” YARS üçün mərmilərin seriya istehsalına başlanılacaq”.

2019-cu il üçün “NPO Splav”da hər hansı yeni emalatxananın açılması ilə bağlı heç bir məlumat tapılmayıb. Yalnız 2020-ci ilin iyul ayında “Rostex” ümumi sahəsi 3400 kvadratmetrdən çox olan, imkanları “Smerç”, “Uraqan” və “Tornado” sistemləri və digərləri üçün məhsul istehsal edə bilən belə bir emalatxananın açılışını elan etdi. İnvestisiyalar 150 milyon rubl (2,32 milyon dollar) təşkil edib.

Belə ki, Rusiya prezidenti Vladimir Putinin Ukraynaya qarşı müharibəsində əsas istehlak materialı olan “Qrad” üçün mərmilərin kütləvi istehsalını bərpa etmək barədə sərəncamı yalnız 2020-ci ilin iyulunda tamamlanıb.

Digər növ YARS sursatlarının (“Smerç”, “Uraqan” və “Tornado-G”) istehsalını bərpa etmək cəhdləri ilə bağlı açıq mənbələrdə heç bir məlumat yoxdur. Bu, bu növ sursatların istehsalına çox güman ki, “NPO Splav” tərəfindən 2020-ci ilin iyul ayından tez başlanıldığının sübutu sayıla bilər. Bununla belə, bu təhlil üçün əvvəllər olduğu kimi, onların dəyərinə və “NPO Splav”ın gəlirinin 50 faizlik payına əsasən istehsal olunan YARS mərmilərinin mümkün maksimum sayını təxmin etməyə cəhd edilib.

“Smerç” və “Uraqan” raketlərinin xərcləri əvvəlki məlumatlardan istifadə edilməklə hesablana bilsə də, “Tornado-G” mərmilərinin istehsal xərclərini müəyyən etmək daha çətindir. Məlumdur ki, bu YARS mərmiləri (məsələn, 9M538 raketi) “Qrad” üçün nəzərdə tutulan adi mərmilərin təkmilləşdirilməsidir və buna görə də onlar daha baha başa gəlməlidir. Amma nə qədər? Bu, “Uraqan” raketlərinin dəyərinin çəkiyə nisbətini götürərək və “Uraqan” mərmilərindən dörd dəfə böyük olan “Tornado” mərmilərinə tətbiq etməklə əldə olunub.

Hesablanmış nəticələr burada göstərilir.


Beləliklə, bu təxmini hesablamalara əsasən, 2014-cü ildən 2021-ci ilə qədər Rusiya müdafiə sənayesi yalnız təxminən 66.000 ton YARS mərmisi istehsal edib, ən çox istifadə edilən döyüş sursatları olan “Qrad” YARS mərmiləri isə çox güman ki, 2020-ci ilə qədər böyük partiyalarda istehsal olunmayıb.

İstisna etmək olmaz ki, 2021-ci ildə 2022-ci ildə Ukraynanın yenidən işğalı ehtimalı ilə əlaqədar sursat istehsalının bir neçə dəfə artırılması barədə qərar qəbul edilib. Bu ehtimal çətin görünür, çünki belə bir addım əsas kapitala investisiya qoyuluşunda tənzimləmə tələb edirdi. Müdafiə sənayesində çalışan rusların sayında dəfələrlə artım da lazımdır və açıq mənbələrə görə bu müşahidə edilməyib. Bundan əlavə, müharibənin ilk həftələrinin gedişi göstərdi ki, Rusiya rəhbərliyi “blitzkirq”lə hesablaşır və İkinci Dünya Müharibəsinin normalarına uyğun olaraq milyonlarla ton sursat istehlakını açıq şəkildə planlaşdırmır.

Bütün bu amilləri rəqəmsallaşdırmaq çətindir, lakin güman etmək olar ki, 2014-2021-ci illər dövrü ərzində istehsal həcmi yalnız döyüş sursatı itkisini ödəyib və Rusiya ehtiyatlarının əhəmiyyətli dərəcədə artmasına səbəb olmayıb.

Rusiya sursatının optimal ehtiyatlarının 3 milyon ton olması barədə qiymətləndirmələrə baxsaq, burada nəzərdə tutulan sursatın təklif olunan fərziyyələrə əsasən bu ehtiyatın 50 faizini, yəni 1,5 milyon tonunu təşkil edə biləcəyini görərik. Beləliklə, bu il istifadə edilən əsas artilleriya və YARS sursatlarının cari xərclərini artırmaq üçün Rusiya müdafiə sənayesi 1,8 milyon tona qədər sursat istehsal edərkən təxminən 3 trilyon rubl (46,39 milyard dollar) xərcləməli olacaq. Qeyd edək ki, söhbət bu müharibədə Rusiya tərəfində tükənən sursatların yalnız bir hissəsindən gedir. Qeyd olunan digər sursatlara minaatan mərmiləri, tank mərmiləri, kiçik silah patronları, təyyarə raketləri və bombaları, həmçinin qanadlı raketlər daxildir. Bütün bu döyüş sursatlarının istehsal dəyəri ən azı burada nəzərdə tutulan artilleriya və YARS mərmilərinin təxmini istehsalının dəyərinə bərabər və hətta ondan artıq olacaq. Bundan əlavə, digər döyüş sursatlarının istehsal çeşidinə daha bahalı məhsullar daxil ola bilər ki, bu da ümumi istehsal xərclərini artıracaq.

Bütün digər sursat növlərini nəzərə alsaq, o zaman bu il Ukraynada aktiv döyüş əməliyyatları zamanı istifadə olunan bütün döyüş sursatlarının təkrar istehsalının ümumi dəyəri 6 trilyon rublu (92,74 milyard dollar) keçəcək. 2021-ci ildə Rusiyanın ümumi müdafiə xərcləri ilə müqayisədə belə nəhəng rəqəm, artan istehsal tələbləri qarşısında onsuz da zəifləyən sənayeyə əlavə gərginlik yaradacaq.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: YARS   Ukrayna   Rusiya  


Bizi "telegram"da izləyin