Azərbaycan Ordusunun Baş Qərargah rəisi ABŞ-da aviasiya bazasını ziyarət edib - FOTOLAR

2022/12/1670048252.jpg
Oxunub: 1107     10:02     03 Dekabr 2022    
Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarına səfəri çərçivəsində Oklahoma Hava Milli Qvardiyasının “Will Rogers” aviasiya bazasını ziyarət edib.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Aviasiya bazası ilə tanışlıq zamanı Azərbaycan nümayəndə heyətinə bazanın yaranma tarixi və əsas fəaliyyət istiqamətlərinə dair brifinq təqdim olunub, habelə aviasiya və qvardiyaya aid bir sıra hərbi vasitələr nümayiş etdirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: ABŞ   HHQ   Azərbaycan   BQ  


Bizi "telegram"da izləyin