Azərbaycan və Türkiyə Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlılarının birgə təlimi başa çatıb - VİDEO+FOTOLAR

2022/10/1666008366.jpg
Oxunub: 1030     15:51     17 Oktyabr 2022    
Türkiyənin Marmaris şəhərinin Aksaz dəniz bazasında keçirilən Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) dəniz xüsusi taborlarının sualtı hücum (SAH) və sualtı müdafiə (SAM) bölmələri ilə Türkiyə HDQ xüsusi təyinatlı bölmələrinin birgə təlimi başa çatıb.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.


Təlimdə hər iki qardaş ölkənin xüsusi təyinatlı bölmələri quru və dəniz taktikalarının işlənməsi, partlamamış döyüş sursatlarının və dəniz minalarının axtarışı, eləcə də məhv edilməsi üzrə tapşırıqları icra ediblər.

Birgə təlimdə qarşıya qoyulan bütün tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Türkiyə   HDQ   SAH   SAM   SAS   XTQ  


Bizi "telegram"da izləyin