Ukrayna donanmasının ilk korveti İstanbulda suya buraxılıb - FOTOLAR

2022/10/6339d-1664737197.jpg
Oxunub: 1150     22:49     02 Oktyabr 2022    
Ukrayna donanmasının ilk korveti “Getman İvan Mazepa” İstanbulda suya buraxılıb.

Ordu.az-ın xəbərinə görə, bu barədə Ukraynanın birinci xanımı Yelena Zelenskaya Teleqram hesabında məlumat verib.

“Bu gün Türkiyədə Ukraynanın ilk korvetini suya endirmək şərəfinə nail olduq. Ukraynaya xidmət edəcək gəmidə türk ürəyi döyünəcək” – deyə Zelenskaya vurğulayıb.

Ukrayna donanması üçün Ada sinifli 2 korvetin tikintisinə 2021-ci ildə başlanılıb. 140,7 milyon dollarlıq layihənin 2024-cü ildə tam başa çatması planlaşdırılır. Korvet gəmi əleyhinə bütün raketlər üçün uyğunlaşdırılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Ukrayna   Donanma   İstanbul  


Bizi "telegram"da izləyin