Ordu.az xəbər verir ki, ada yüksək performanslı döyüş təyyarələrinin yerləşdiyi yeraltı qurğusunun fotolarını paylaşıb.
Fotolarda hərbçilərin Çiaşan aviabazasında yerləşən yeraltı kompleksin daxilində silah yükləmə əməliyyatları həyata keçirməsi əks olunub.
Sosial mediada yayımlanan yazıda təyyarənin növü açıqlanmasa da, fotolarda F-16 “Viper” qırıcıları görünüb. Təyyarələrdə AGM-84L “Harpoon” gəmi əleyhinə raketi quraşdırılıb. “Boeing” tərəfindən hazırlanmış raket sahil müdafiə məntəqələri, yer-hava raket sistemlərini və dəniz limanları da daxil olmaqla bir çox hədəfləri vurur və zərərsizləşdirir.
Əməliyyat Çinin Taypeydəki kritik infrastruktura hücumlarının simulyasiyasını əhatə edəcək illik “Han Kuanq” təliminin ikinci günündə baş tutub.
“Harpoon” ilə yanaşı, AIM-120C qabaqcıl orta mənzilli hava-hava raketlərinin (AMRAAM) də qırıcının qanad uclarına quraşdırıldığı görülüb. Səsdən sürətli raketlər 32 kilometr məsafədəki hədəfləri vura bilir.
Sevinc Əliyeva
Ordu.az