“Eurosatory 2022”: ABŞ şirkəti enerji istifadəsinə nəzarət edəcək “Nerv Centr Hub” tətbiqini təqdim edib

2022/06/Galvi-1655375466.jpg
Oxunub: 8679     10:44     17 İyun 2022    
NATO əsgərləri tərəfindən istifadə edilən güc və məlumatların idarə edilməsi həllərinin dizaynı və istehsalı ilə məşğul olan ABŞ-ın “Galvion” şirkəti enerji istifadəsinə nəzarət edəcək “Nerv Centr Hub” tətbiqini təqdim edib.

Ordu.az xəbər verir ki, təqdimat “Eurosatory 2022”də baş tutub.

Şirkətin Böyük Britaniya və Avropa bazarlarına təqdim etdiyi “Nerv Centr Hub” tətbiqi güc və məlumat imkanlarını dəstəkləmək üçün hazırlanıb və gələcək missiyaları daha effektiv planlaşdırmaq üçün istifadəçilərə real vaxt rejimində enerji istifadəsinə nəzarət etmək imkanı təklif edir

Sadə, intuitiv, başa düşülən istifadəçi interfeysi olan tətbiq istifadəçiyə enerji istehlakını izləmək və təhlil etmək imkanı verir.

Bu gün missiyalar əvvəlkindən daha çox enerji istehlak edən avadanlıqdan asılıdır və döyüş meydanında əsgərlərin saxlanmasının mürəkkəbliyi hər yeni texnologiya ilə genişlənir və dəyişir. Radiolar, GPS, ağıllı telefonlar, noutbuklar, PUA-ların və digər müşahidə avadanlığı ciddi enerji tələb edir və bu gücü səmərəli idarə etmək bacarığı missiya baxımından çox vacibdir.

Şirkət təqdim etdiyi yeni tətbiqin müasir döyüş meydanının tələblərinə cavab verdiyini bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: AB>   Estoniya  


Bizi "telegram"da izləyin