Ordu.az xəbər verir ki, təqdimat Parisdə keçirilən “Eurosatory” sərgisində baş tutub.
Şirkətlər yeni universal və mobil 4x4 təkər formullu avtomobil ailəsini hava-desant və ya xüsusi əməliyyat bölmələri üçün uyğunlaşdırıb.
“Caracal” maşınları xilasetmə və xüsusi əməliyyatlar üçün ən son G-sinif şassilər əsasında hazırlanıb. Maşın ballistik və mina təhlükələrinə qarşı maksimum müdafiə olunur. 249 at gücünə malik 6 silindrli “Euro III” dizel mühərriki 4900 kq-lıq avtomobilə 140 km/saat sürət yığır.
“Caracal”ın yığcam dizaynı CH-53K “King Stallion” və ya CH-47F “Chinook” helikopterləri ilə daşınmasına imkan verir.
Sevinc Əliyeva
Ordu.az