“Eurosatory 2022”: Estoniya şirkəti robot platformaları üçün yeni komanda-idarəetmə sistemləri yaradıb

2022/06/euros-1655375203.jpg
Oxunub: 4592     18:19     16 İyun 2022    
Estoniyanın “Milrem Robotics” şirkəti ağıllı robot sistemləri üçün yeni komanda-idarəetmə sistemləri yaradıb.

Ordu.az xəbər verir ki, sistemlər Parisdə keçirilən “Eurosatory” sərgisində nümayiş olunur.

Sistem çoxsaylı müxtəlif insansız hava və quru vasitələrini kompozit komanda- idarəetmə sisteminə inteqrasiya edir və çoxsaylı faydalı yükləri, sensor və effektor məlumatlarını birləşdirir.

C2 sistemi platformaların enerji vəziyyəti, nasazlıqları, əməliyyat parametrləri, daxili diaqnostik testlərinin daimi monitorinqinə və idarə olunmasına imkan verir.

Sistem istifadəçi tərəfindən müəyyən edilmiş avtonom missiyaları və davranışları dəstəkləyir, marşrutun planlaşdırılması, obyektlərdən yayınma və coğrafi xəritəçəkmə kimi avtonom naviqasiya ilə bağlı davranışlar təqdim edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Estoniya   C2  


Bizi "telegram"da izləyin