Ordu.az xəbər veir ki, təqdim olunan yeni döyüş modulları “Edge” adlandırılıb.
Birgə hazırlanmış sistem real vaxt rejimində Süni Zəka (SZ) analitika qabiliyyətinə malikdir. Bu sistem komandirə maksimum səmərəlilik, ölümcüllük və dəqiqlik təklif edir.
Kiçik və yüngül olan “Edge” müxtəlif qüllələrə və silah stansiyalarına asanlıqla inteqrasiya oluna bilər.
“Edge” SZ imkanları, avtomatik hədəf tanıma, çoxsaylı hədəflərin avtomatik izlənilməsi bacarıqlarını özündə birləşdirir.
Sevinc Əliyeva
Ordu.az