“Eurosatory 2022”: ROKETSAN “Atmaca” gəmi əleyhinə raketini nümayiş etdirir

2022/06/Roket-1655375065.jpg
Oxunub: 3409     17:24     16 İyun 2022    
13-17 iyun tarixlərində Fransanın Paris şəhərində keçirilən “Eurosatory 2022” müdafiə sərgisində Türkiyənin ROKETSAN şirkəti öz imkanlarını Avropa bazarlarına təqdim edib.

Ordu.az xəbər verir ki, şirkət sərgidə “Atmaca” gəmi əleyhinə raketləri ilə diqqət çəkib.

“Atmaca” bütün hava şəraitinə uyğun, uzaq mənzilli, dəqiq zərbə imkanlarına malik gəmi əleyhinə qanadlı raketdir. “Atmaca” Türkiyənin “Harpoon” raketlərini tədricən əvəz etmək üçün nəzərdə tutulub.

Raketin hazırlanmasına 2009-cu ildə başlanılıb və 2018-ci ildə SSB (Türkiyə Müdafiə Sənayesi Komitəsi) ilə ROKETSAN şirkəti arasında kütləvi istehsala başlamaq üçün müqavilə imzalanıb.

“Atmaca” raketinin ilk sınaq buraxılışı 2019-cu ilin noyabrında Qara dənizdə “TCG” Kınalıada korvetindən həyata keçirilib.

Raketin uzunluğu 4,8 m, çəkisi isə 800 km-dir. Raketin istiqamətləndirmə sistemi GPS, ətalətli naviqasiya sistemi, barometrik hündürlükölçən və hədəfə doğru hərəkət etmək üçün radar altimetrindən ibarətdir. Raketin maksimum atəş məsafəsi 200 km-dir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ROKETSAN   Atmaca  


Bizi "telegram"da izləyin