Ordu.az xəbər verir ki, ictimai asayişi qoruyarkən qüvvələrin mühafizəsi üçün nəzərdə tutulmuş yüngül çəkili mühafizə sistemi bütün ssenarilərə uyğunlaşdırıla bilir.
Geyim travma xəsarətlərindən qorunma təmin edir. Sistemin son versiyası bir neçə modifikasiyadan keçib və bu, ona daha da əhəmiyyətli travmalara tab gətirməyə şərait yaradıb.
GAL kütləvi kinetik travmanı udur, zərbənin gücünü azaldır və bədənə yönləndirir. Çevik və geyinməsi asan olan bu geyimin çəkisi bəzi versiyalarda 5 kiloqram, bəzilərində 5.9 kiloqramdır.
Yüngül güllə keçirməz və bıçaqlanmadan qoruyan jilet və ultra yüngül ballistik dəbilqə ilə birlikdə GAL bu gün mövcud olan ən müasir, çoxyönlü qoruyucu geyimdir.
Sevinc Əliyeva
Ordu.az