Ordu.az xəbər verir ki, PUA-lar Fransada keçirilən “Eurosatory 2022” sərgisində nümayiş olunur.
PUA-ları ölümcül bioloji təhdidləri və digər havadan gələn biotəhlükələri aşkar etmək üçün istifadə edilə bilər.
“Muve B330” hərəkətdə olarkən bioloji təhlükələrin real vaxt rejimində monitorinqini apara bilir. Bunun üçün platformaya bioloji detektorlar quraşdırılıb.
Faydalı yük operatorlara potensial təhdidi təhlükəsiz məsafədən qiymətləndirməyə imkan verir.
MUVE B330 operatorlara təhlükə perimetri üzrə sürətli qiymətləndirmələr aparmağa, identifikasiya üçün avtomatlaşdırılmış nümunə toplamağa, insan operatorlarının təhlükəli hadisə yerinə yaxınlaşmazdan əvvəl məlumatlı qərar qəbul etməsinə imkan verir.
Sevinc Əliyeva
Ordu.az