Ordu.az xəbər verir ki, “Humvee” avtomobil platformasına əsaslanan “Saber” 360 dərəcə partlayışdan qorunma ilə sağ qalma qabiliyyətinə malikdir.
Sübut edilmiş və döyüş sınaqlarından keçmiş maşınlar hərəkətdə olarkən müxtəlif PUA-ları izləmək, müəyyən etmək və qarşısını almaq üçün nəzərdə tutulmuş mobil antidron sistemi ilə təchiz edilib.
Maşında təkmilləşdirilmiş sərnişin mühafizəsi sistemi var. Aparıcı sənaye tərəfdaşları tərəfindən təqdim olunan texnologiyalar onsuz da möhkəm, mobil və yüksək qorunan yüngül taktiki avtomobilə daha yüksək səviyyəli təhlükəsizlik və sağ qalma qabiliyyəti əlavə edir.
Sevinc Əliyeva
Ordu.az