“Eurosatory-2022”: “Manifest” platforması hərbi rəqəmsallaşma sahəsində ön plana çıxır

2022/06/dsdsx-1655374275.jpg
Oxunub: 3995     15:19     16 İyun 2022    
Parisdə keçirilən “Eurosatory” müdafiə sərgisində ABŞ-ın “Taqtile” şirkəti genişlənmiş reallıq (AR – “Augmented Reality”) texnologiyasına malik “Manifest” adlı platformasını təqdim edib.

Ordu.az xəbər verir ki, platforma hərbi platformaların təmiri, texniki xidməti və yoxlama tapşırıqlarını yerinə yetirərkən texniki səhvləri azaldır.

Əsas məlumat mənbələri ilə inteqrasiya olunmuş və intuitiv AR texnologiyasına malik “Manifest” ekspert biliklərinin əldə edilməsi vasitəsilə xidmət üzvlərinin koqnitiv stressini azaldan və əməliyyat hazırlığını təkmilləşdirən rəqəmsal iş mühiti yaradır.

“Manifest” müxtəlif texniki xidmət və əsaslı təmir tapşırıqlarını, eləcə də yoxlama prosedurlarını idarə etmək üçün Birləşmiş Ştatlar Ordusu, Yeni Zelandiya Müdafiə Qüvvələri və ABŞ Hərbi Hava Qüvvələri kimi müdafiə təşkilatlarında istifadə olunur. Hərbi personalın daha səmərəli və daha dəqiq olması hərbi texnikanın düzgün işləməsini təmin edir, müdafiə obyektlərini daha təhlükəsiz və tələblərə uyğun edir və operatorların təhlükəsizliyini artırır.

“Manifest”dən istifadə edən ABŞ Hərbi Hava Qüvvələrinin reaktiv mühərrik texniki işçiləri təyin olunmuş 28 tapşırığın 100%-ni sıfır səhvlə yerinə yetirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Manifest   ABŞ  


Bizi "telegram"da izləyin