“Eurosatory 2022”: Britaniya şirkəti hərbi platformalar üçün əyləc sistemini təqdim edib

2022/06/Bespo-1655368109.jpg
Oxunub: 8701     18:17     16 İyun 2022    
Britaniyanın “Alcon” şirkəti Fransada keçirilən “Eurosatory” sərgisində hərbi platformalar üçün nəzərdə tutulmuş vasitələrini təqdim edib.

Ordu.az xəbər verir ki, şirkət sərgidə hərbi maşınlar üçün əyləc sistemini nümayiş etdirib.

“Alcon” əyləc sistemləri “Patria”, “Supacat”, BAE, “Ricardo” və “Jankel” də daxil olmaqla 20-dən çox müdafiə və təhlükəsizlik texnikası istehsalçıları tərəfindən istifadə olunur.

Şirkət çətin, yüksək performanslı, müasir döyüş meydanının tələblərinə tam cavab verən əyləc sistemləri təqdim edir.

Qeyd olunan əyləc sistemləri daha yüksək çəkiyə malik zirehli avtomobillərdə istifadə olunur. Üstün performansına görə sistemlər bir çox təhlükəsizlik qüvvələri üçün cazibədar olub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Eurosatory   Alcon  


Bizi "telegram"da izləyin