Ordu.az xəbər verir ki, təqdimat Fransada keçirilən “Eurosatory” sərgisində baş tutub.
Taktiki robot sistemlərinin aparıcı təchizatçısı olan İsrailin “Roboteam” şirkətinin təqdim etdiyi robotlarda müxtəlif silah sistemləri və antidron vasitələri yerləşdirilib.
İstənilən ərazidə işləməyə qadir olan mobil sistemlər uzaqdan idarə olunan yüngül silah stansiyası (LRCWS) ilə təchiz olunub. Yüngül, yüksək manevr və pilləkənlərə qalxma qabiliyyətinə malikdir.
Sevinc Əliyeva
Ordu.az