“Eurosatory 2022”: İsrail şirkəti NYX 200 yüngül çox spektrli termal görüntüləmə sistemini təqdim edib

2022/06/MEPRO-1655367941.jpg
Oxunub: 5049     15:12     16 İyun 2022    
İsrailin “Meprolight” şirkəti NYX 200 yüngül çox spektrli termal görüntüləmə sistemini təqdim edib.

Ordu.az xəbər verir ki, təqdimat Fransada keçirilən “Eurosatory 2022” sərgisində baş tutub.

Sistem təkmilləşdirilmiş termal optik vasitələrlə təchiz edilib. Cihaz yüksək keyfiyyətli 12µ termal nüvəyə malikdir və bu, onun çəkisinə və ya enerji sərfiyyatına təsir etmədən görütünün effektiv diapazonunu 30%-dən çox artırır.

Sistem müxtəlif məsafələrdə gecə və gündüz əməliyyatlarını səmərəli şəkildə dəstəkləyə bilər.

NYX 200 istənilən ətraf mühit və döyüş şəraitində uzun illər etibarlı əməliyyatı təmin edən ən ciddi hərbi standartlara uyğun dizayn və istehsal edilib. Əlavə xüsusiyyətlər və üstünlüklərinə aşağıdakılar daxildir:

• Kanallar arasında problemsiz keçid
• Hədəf təyin etmək üçün inteqrasiya olunmuş IR lazer görüntüləmə
• Daxili video yazma

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Eurosatory   İsrail  


Bizi "telegram"da izləyin