“Eurosatory 2022”: Çexiya şirkəti “Morana” ÖAQ-larını təqdim edib

2022/06/Excal-1655367906.jpg
Oxunub: 2111     15:13     16 İyun 2022    
Çexiyanın “Excalibur Army” şirkəti 155 mm-lik “Morana” adlı Özüyeriyən Artilleriya Qurğularını (ÖAQ) təqdim edib.

Ordu.az xəbər verir ki, təqdimat Fransada keçirilən “Eurosatory 2022” sərgisində baş tutub.

“Morana” yüksək effektivlik üçün nəzərdə tutulmuş, avtomatik nişan alma və yükləmə sisteminə malik mürəkkəb NATO standartlarına cavab verən artilleriya qurğusudur. ÖAQ-ın silahı, atəşə nəzarət sistemi, hesablama və diaqnostika texnologiyası döyüş tapşırıqlarını sürətli, effektiv və çox yüksək dəqiqliklə yerinə yetirməyə imkan verir.

Sistem çevik hərəkət və sürətli atəş dəstəyi üçün nəzərdə tutulub. Onun sistemləri standart artilleriya batareyası ilə inteqrasiya olunmuş şəkildə işləməyə imkan verir, həm də müstəqil tapşırıq üçün dəyişən şəraitdə təşəbbüsün götürülməsi lazım olduqda performans və ya sürətli reaksiyaya malikdir.

“Morana” 41 kilometrdən çox məsafəyə çata bilən əsas silaha malikdir. Haubitsa ən son “Tatra” şassisinə quraşdırılıb.

ÖAQ həm ballistik, həm də mina təhlükələrinə qarşı “STANAG 4569 Level 2” qoruma səviyyəsinə malikdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Morana   Çexiya  


Bizi "telegram"da izləyin