Ordu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.
Şirkət qeyd edir ki, müharibə texnologiyaları inkişaf etdikcə və döyüş maşınlarının, PUA-ların və uzaqdan idarə olunan döyüş modullarının enerjiyə olan ehtiyacları artdıqca elektrik enerjisini istehsal etmək, saxlamaq və istifadə etmək üçün səmərəli yolların tapılması getdikcə daha vacib olur.
Ordular, mühəndislər və komandalar taktiki sistemlərin enerji dayanıqlığını təmin etmək üçün yollar axtarır.
İsrail şirkəti mobil hərbi platformalarda enerjinin mühafizəsi, idarə edilməsi, paylanması və texniki xidmət həlləri üçün ağıllı, innovativ və etibarlı yüksək və aşağı gərginlikli enerji təchizatı sistemləri yaradır.
Şirkət bu dəfə “Power Rider” güc paylayıcı qurğularını təqdim edib. “Power Rider” sisteminin üstünlükləri:
- Etibarlılıq - tam qısa qapanmadan mühafizə və elektrik şəbəkəsi üçün enerji paylanması, idarə edilməsi və texniki xidmət aləti kimi istifadə üçün bənzərsiz və patentləşdirilmiş güc mühafizəsi;
- Platformanın qorunması - qısa qapanmadan zərər görür, sistemin uzunömürlülüyünü artırır;
- Çevik və daha asan daşınandır;
- Müxtəlif silah sistemlərinə inteqrasiya etmək mümkündür.
Sevinc Əliyeva
Ordu.az