Ordu.az xəbər verir ki, təqdimat Parisdə keçirilən “Eurosatory 2022” sərgisində baş tutub.
IWI bütün dünyada hökumətlər, ordular, hərbi və hüquq-mühafizə orqanları üçün döyüşdə sübut olunmuş atıcı silahların istehsalında qlobal liderdir.
Şirkətin 9 mm çaplı yığcam “Masada Slim” tapançaları 13 sursat daşıyır və gizli missiyalar üçün nəzərdə tutulub.
Zərbəyə davamlı fiberqlasla gücləndirilmiş polimerlərdən hazırlanan çərçivəyə malik tapança erqonomik dizaynı ilə diqqət çəkir.
Quraşdırılmış tətik təhlükəsizliyi tətiyə basılmadıqca tapançanın atəş açmamasını təmin edir.
Sevinc Əliyeva
Ordu.az