“Eurosatory 2022”: İsrail “Black Eagle 50H” və “Golden Eagle” pilotsuz helikopterlərini təqdim edib

2022/06/Stead-1655367329.jpg
Oxunub: 460     12:26     16 İyun 2022    
İsrailin “Steadicopter” şirkəti “Black Eagle 50H” və “Golden Eagle” adlı pilotsuz helikopterlərini təqdim edib.

Ordu.az xəbər verir ki, helikopterlər Parisdə keçirilən “Eurosatory 2022” müdafiə sərgisində iştirakçılara nümayiş olunub.

Bildirilir ki, “Black Eagle 50H” platformaları qabaqcıl dəniz əməliyyatları üçün nəzərdə tutulub və 2022-ci ildə sifarişçiyə tədarük ediləcək. Hibrid mühərrik və hərəkət sisteminə malik “Black Eagle 50H” son dərəcə sərfəli, idarə edilməsi və saxlanılması asan, ekoloji cəhətdən təmiz və təhlükəsiz platformadır.

Geniş spektrli hüquq-mühafizə, dəniz, mülki və gizli missiyalar üçün nəzərdə tutulmuş platforma ilk hibrid mühərrikli pilotsuz helikopterdir. Maksimum uçuş çəkisi 50 kq olan sistem bir sıra faydalı yükləri daşıya bilir və beş saata qədər uçuş müddətinə malikdir. Axtarış və xilasetmə, kibertəhlükəsizlik, kəşfiyyat, dəniz qurğuları və yüksək səviyyəli dəniz missiyaları kimi müxtəlif tətbiqlər üçün yüksək performans və maksimum əməliyyat çevikliyi təqdim edir.


Sərgidə şirkət, həmçinin bu yaxınlarda təqdim olunan “Golden Eagle” pilotsuz helikopterini də nümayiş etdirib. Döyüşdə sübut edilmiş “Black Eagle 50E” platformasına əsaslanan “Golden Eagle” Süni Zəka texnologiyasını və “Smart Shooter” şirkətinin “SMASH Dragon” sistemini özündə birləşdirir.

SZ sistemi insan və ya nəqliyyat vasitəsi kimi müxtəlif hədəf növlərini, onların hərəkətdə olub-olmamasını avtonom şəkildə müəyyən edir.

Sevinc Əliyeva 
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Eurosatory   İsrail  


Bizi "telegram"da izləyin