Ordu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.
Dünyanın aparıcı atıcı silah şirkətlərindən olan “FN Herstal” təqdim edilən tapançalara təkmilləşdirilmiş dizayn, təkmilləşdirilmiş erqonomika və daha yaxşı istifadə imkanı qazandırıb. Silahın orijinal performansları dəyişməz olaraq qalır.
“FN Five-seveN” mini qırmızı nöqtəli nişangahlarla təchiz edilib. Bunlar hədəfləri sürətlə nişan almaq üçün nəzərdə tutulub.
5,7x28 mm patronlarından istifadə edən silah dəqiq atəş açmaq qabilliyətinə malikdir.
Sevinc Əliyeva
Ordu.az