Türkiyədə təhsil alan Azərbaycan hərbçilərinin sayı artırılıb

2021/01/Untit-1611038880.jpg
Oxunub: 968     15:21     15 İyun 2022    
"Türkiyə Silahlı Qüvvələrinin təhsil müəssisələrində təhsil alan Azərbaycan Ordusunun şəxsi heyətinin sayı artırılıb".

Ordu.az xəbər verir ki, bunu müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-leytenant Ənvər Əfəndiyev "Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir" mövzusunda Şuşada keçirilən konfransda deyib.

O bildirib ki, hazırda 200-dən çox zabit, gizir və müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusu Türkiyə Silahlı Qüvvələrinin müxtəlif təhsil müəssisələrində, təlim mərkəzlərində təhsil alır, təkmilləşdirmə kursları keçirlər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Şuşa  


Bizi "telegram"da izləyin