Ordu.az xəbər verir ki, 2021-ci ilin yanvarında İsrail şirkəti “Sabrah” yüngül tanklarının Filippin Ordusuna tədarükü üçün 172 milyon dollar dəyərində üç illik müqavilə imzalayıb.
“Sabrah” tankları ən yeni nəsil iki nəfərlik və ya ehtiyac yaranacağı təqdirdə insansız silah qülləsi ilə təchiz edilə bilər. Qüllələr, Atəş İdarəetmə Sistemləri və elektro-optik qurğular İsrail ordusu tərəfindən istifadə olunur.
“Sabrah” yüngül tankının konfiqurasiyası “General Dynamics European Land Systems” (GDELS) tərəfindən istehsal olunan tırtıllı “Ascod” platformasına əsaslanır.
30 ton ağırlığında olan “Sabrah” yüngül tankı modul dizayna malikdir. O 105 mm-lik idarə olunan qüllə ilə təchiz edilib. “Sabrah”ın qülləsi əllə yükləmə və avtomatik yükləmə sistemi ilə təchiz edilib.
Sevinc Əliyeva
Ordu.az