“Eurosatory 2022”: “Iveco” yeni “Modular Military Range” adlı hərbi yük maşınlarını təqdim edib

2022/06/euros-1655207232.jpg
Oxunub: 4665     12:20     16 İyun 2022    
İtaliyanın “Iveco” şirkəti yeni “Modular Military Range” adlı hərbi yük maşınlarını təqdim edib.

Ordu.az xəbər verir ki, təqdimat Parisdə keçirilən “Eurosatory 2022” sərgisində baş tutub.

Taktiki və logistik vasitələr əməliyyat teatrlarında illər ərzində əldə edilmiş təcrübə əsasında yaradılıb.

Müxtəlif tipli kabinlərlə 4x4-dən 10x10-a qədər təkər formuluna malik maşınlar bir çox əməliyyatları yerinə yetirmək üçün nəzərdə tutulub.

130 tona qədər çəkisi olan hərbi yük maşınlarının mühərrikləri EURO III, EURO V və EURO VI versiyalarında mövcuddur

Kabin toqquşma zamanı sərnişinlərin təhlükəsizliyini artırmaq üçün ECE R29.03 Avropa standartlarına uyğun olaraq dizayn edilib.

Sevinc Əliyeva 
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İveco  


Bizi "telegram"da izləyin