“Eurosatory 2022”: Sovet dövründən qalma avadanlıqları əvəz edən yeni NATO ölkələri diqqət mərkəzindədir

2022/06/67567-1655363712.jpg
Oxunub: 7226     11:08     16 İyun 2022    
Rusiyanın Ukraynaya müdaxiləsi Mərkəzi və Şərqi Avropa hökumətlərinin ordularının arsenalını dəyişməyə sövq edib. Bu ölkələr 40 ildən artıqdır istismarda olan döyüş maşınlarının dəyişdirməyə başlayıb.

Keçmiş Varşava Müqaviləsi ölkələri onilliklər ərzində Sovet tərəfindən təchiz edilmiş zirehli texnikaları istifadə edib. Bu ölkələr indi T-72 tanklarını və BMP-1, BMP-2, BMP-23, BMP-M, BTR-60, BRDM və MT-LB kimi köhnə platformaları istismardan çıxarmağa hazırlaşır. Bu maşınlar 40 ildən artıq xidmətdədir və artıq gələcəyin döyüş meydanının tələblərinə uyğun gəlmir.

Bölgədəki hökumətlər cari və gələcək təhdidlərlə üzləşmək üçün qabaqcıl sensorlar, sistemlər və texnologiyalarla yanaşı, gücləndirilmiş qorunma, sağ qalma qabiliyyəti və hərəkətliliyi özündə əks etdirən platformalar axtarırlar.

Ordular da müdafiə şirkətlərindən sürətli reaksiya tələb edir. Təchizat zəncirini təmin etməklə yanaşı, texnologiyanın ötürülməsini təmin etmək üçün milli sənayenin də bu prosesə cəlb edilməsi digər ilkin şərtdir.

Bu baxımdan ölkələr Parisdə keçirilən “Eurosatory 2022” sərgisində Sovet dövründən qalma texnikaları əvəz etmək üçün müxtəlif şirkətlərlə danışıqlar aparır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Eurosatory  


Bizi "telegram"da izləyin