“Eurosatory 2022”: “Leonardo” Parisdə yeni radar sistemlərini və texnikalarını nümayiş etdirir

2022/06/Panze-1655207284.jpg
Oxunub: 398     11:02     16 İyun 2022    
İtaliyanın nüfuzlu “Leonardo” şirkəti Parisdə keçirilən “Eurosatory-2022” sərgisində yeni texnikalarını təqdim edir.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Şirkətin təqdim etdiyi sensorlardan biri TMMR radarıdır. AESA arxitekturası əsasında yaradılan radar NERIO elektro-optik kameraları ilə birlikdə PUA təhdidlərini aşkarlamaq üçün effektiv sistemlərdir. Radarlar, həmçinin qısa mənzilli Hava Hücumundan Müdafiə (HHM) və platformaların, nəqliyyat vasitələrinin, sərhədlərin, ərazilərin və kritik infrastrukturun müşahidəsi və mühafizəsi üçün də istifadə edilə bilər.

“Leonardo”, həmçinin hava nəzarəti və müdafiə üçün nəzərdə tutulan “Kronos” radarının sabit və mobil versiyalarını təqdim edir.

Şirkət 8×8 təkər formullu “Centauro II” təkərli avtomobilinin üzərində özünün ən son texnologiyalarını və M60 kimi artıq xidmətdə olan tankları təkmilləşdirmək üçün inteqrasiya edilmiş vasitələri nümayiş etdirir. “Centauro II” üzərində “Hitfact MKII” iri çaplı qülləsi yerləşdirilib. Maşında dünyanın ən innovativ texnologiyalarından biri olan “Vulcano” idarə olunan döyüş sursatları ailəsi və 27 ölkəyə satılan “Type 163” lazer təyinetmə sistemləri quraşdırılıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Leonardo   İtaliya  


Bizi "telegram"da izləyin