“Eurosatory 2022”: İsrail yedəkdə daşınan hərbi elektrik platformasını təqdim edib

2022/06/Plasa-1655201523.jpg
Oxunub: 6840     12:22     16 İyun 2022    
İsrailin “Plasan” şirkəti ATeMM adlı yedəkdə daşınan hərbi elektrik platformasını təqdim edib.

Ordu.az xəbər verir ki, təqdimat Parisdə keçirilən “Eurosatory 2022” sərgisində baş tutub.

ATeMM çoxmissiyalı, yüksək konfiqurasiya edilə bilən hərbi elektik platformasıdır.

Hər bir ATeMM 200 kVt dartma mühərriki olan və mühərriki enerji ilə təmin edən 47 kVt/saatlıq batareya paketinə sahibdir. İki ATeMM eyni vaxtda birləşdirildikdə batareyanın ümumi tutumu 94 kVt/saat, ümumi faydalı yükü isə 2300 kq olur.

ATeMM komanda məntəqələrini, rabitə sistemlərini, müşahidə sistemlərini, PUA-ları, antidron sistemlərini elektrik enerjisi ilə təmin edə bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Plasan  


Bizi "telegram"da izləyin