Ordu.az xəbər verir ki, bu barədə “SavunmaSanayiST” nəşri məlumat yayıb.
“Otokar” Baş direktoru Serdar Görgüç “Eurosatory” sərgisinə geniş məhsul çeşidindən fərqli xüsusiyyətlərə malik avtomobillərlə qatıldıqlarını bildirib.
“Türkiyənin ən təcrübəli torpaq sistemləri istehsalçısı olaraq ölkəmizi xaricdə ən yaxşı şəkildə təmsil edirik. 35-dən çox dost və müttəfiq ölkədə 55-dən çox istifadəçinin inventarında olan nəqliyyat vasitələrimizlə müdafiə sənayesi sahəsində yeni uğurlara imza atırıq. Bu gün 33 minə yaxın hərbi texnikamız müxtəlif coğrafiyalarda, sərt iqlim şəraitində, müxtəlif tapşırıqlarda fəal şəkildə xidmət edir”, - deyə o qeyd edib.
Şirkətin təqdim etdiyi maşınlar aşağıdakılardır:
“Tulpar” orta sinifə aid tank - 105 mm silah qülləsi ilə
“Tulpar” tırtıllı maşınları - 30 mm-lik “Samson” silah qülləsi ilə
8x8 təkər formullu “Arma” – 30 mm silah qülləsi ilə
6x6 təkər formullu “Arma” – 25 mm silah qülləsi ilə
“Kobra II” zirehli personal daşıyıcıları
“Kobra II” minadan mühafizə olunan zirehli vasitələri (MRAP)
Sevinc Əliyeva
Ordu.az