İsrail sualtı qayıqlardan buraxılan PUA təqdim edib
Oxunub: 6100
16:00
16 İyun 2022
İsrailin “SpearUAV” adlı PUA istehsalçısı sualtı qayıqlardan buraxılan Pilotsuz Uçuş Aparatlarını (PUA) təqdim edib.
Ordu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.
“Ninox 103” adlı kəşfiyyat tipli kvadrokopter dünyada sualtı qayıqdan atılan ilk PUA-dır.
Şirkət qeyd edir ki, onun möhkəm korpusu güclü küləyin sürətinə və digər sərt hava və döyüş şəraitinə tab gətirə bilir.
PUA sualtı platformalara “xüsusi qüvvələrin, kəşfiyyatın və birgə qüvvələrin əməliyyatlarının dəstəklənməsi üçün hava imkanları əldə etməyə” imkan verir.
PUA-nın missiya tələblərindən asılı olaraq 10 kilometrə qədər uçuş məsafəsi, 40 dəqiqəlik uçuş müddəti və 1 kiloqram faydalı yükü olduğu bildirilir.
“Ninox 103” sualtı qayığın buraxılış infrastrukturuna mükəmməl uyğunlaşır və onun aşağı vizual, termal və akustik imzaları gizli əməliyyatlara imkan verir.