“Akıncı” PUA-ları tezliklə yerli mühərriklərlə uçacaq

2022/05/thumb-1653992595.jpg
Oxunub: 5247     19:11     31 May 2022    
Türkiyənin “TUSAŞ Motor Sanayii” şirkətinin “Akıncı” PUA-ları üçün istehsal etdiyi yerli mühərriklər tezliklə tam hazır olacaq.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin baş direktoru Mahmud Faruk Akşit Bakıda keçirilən TEKNOFEST sərgisində “Anadolu” agentliyinə məlumat verib.

Şirkət Bakıda müxtəlif siniflərdə istehsal etdiyi və inkişaf etdirdiyi mühərrikləri sərgiləyib.

Milli imkanlarla PUA-ların mühərrik ehtiyaclarını qarşılamaq üçün inkişaf etdirdikləri TEI-PD170 mühərriklərinin kütləvi istehsalının davam etdiyini bildirən Akşit daha çox gücə ehtiyacı olan “Akıncı” PUA-ları üçün də həllər hazırladıqlarını bildirib.

Akşit “Akıncı”nın ağır versiyasının xaricdən gətirilən 2 450 at gücündə olan turbovintli mühərriklə uçduğunu bildirib.

“Akıncı”nın uzun müddət havada qalacaq başqa bir versiyası da var. Uzun müddət havada qaldığı üçün dizel mühərriklər daha sərfəli olur, çünki belə mühərriklər daha az yandırır. PD170 mühərrikimizin 225 at gücünə malik versiyasını da inkişaf etdiririk. Yaxşı nailliyətlər əldə etmişik. Sınaqların 75 faizini tamamladıq. Bir az daha sınaqlarımız var. Tezliklə təhvil verməyi hədəfləyirik. “Akıncı” bir il ərzində bu mühərriklə uçacaq”, - deyə o qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Akıncı   Türkiyə  


Bizi "telegram"da izləyin