Türkiyədə yeni AESA tipli radar sərgilənib

2021/10/F16_A-1633764738.jpg
Oxunub: 20803     12:43     09 Oktyabr 2021    
Türkiyənin ASELSAN şirkəti tərəfindən hazırlanmış “Aura” adlı yeni nəsil çoxfunksiyalı müşahidə radarı ilk dəfə Hərbi Radar və Sərhəd Təhlükəsizliyi Zirvəsində sərgilənib.

Ordu.az xəbər verir ki, Pilotsuz Uçuş Aparatlarının (PUA) aşkarlanması üçün ASELSAN tərəfindən hazırlanan radar AESA quruluşuna malikdir.

Rəqəmsal şüa idarəetmə qabiliyyətinə malik “Aura” 20 kilometrdən çox məsafə, 120 dərəcə yan əhatə və 90 dərəcə yüksəklik əhatə dairəsinə malikdir. Tripodla birlikdə təxminən 40 kiloqram ağırlığında olan radar sürətli hədəf izləmə qabiliyyətinə malikdir.

Radar birinci, ikinci və üçüncü PUA siniflərinə aid bütün hava vasitələrini izləyə bilər. Radarın rəqəmsal şüa yönləndirmə qabiliyyəti sayəsində bir çox əməliyyat tələblərinə cavab verə biləcəyi düşünülür.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   AESA  


Bizi "telegram"da izləyin