STM IDEF-21-də MPAC adlı yeni hücum katerinin dizaynını təqdim edib

2021/08/STM-M-1629541793.jpg
Oxunub: 14328     17:43     21 Avqust 2021    
15-ci Beynəlxalq Müdafiə Sənayesi sərgisində STM şirkəti tərəfindən hazırlanmış MPAC hücum katerinin dizaynı təqdim edilib. Bu, STM-in FAC-55-dən sonra ikinci gəmi dizaynıdır.

MPAC ağır dəniz və hava şəraitində suüstü döyüşlərdə, səthdən səthə idarəolunan mərmilərlə hücum təşkil etmək və ehtiyac yaranarsa, bu hücumları digər platformalarla kordinasiyalı şəkildə həyata keçirə biləcək, qısa mənzilli Hava Hücumundan Müdafiə (HHM) sistemləri olan sürət və manevr qabiliyyətinə malik dəniz platformasıdır.


STM-in daxili layihəsi olduğu bildirilən MPAC müxtəlif müştərilərin ehtiyaclarına uyğun olaraq müxtəlif silahlar, sensorlar və hərəkət sistemləri ilə təchiz olunmasına imkan verən çevik inteqrasiya imkanları təqdim edir.

Sərgidə təqdim edilən makettə 76 mm top, HHM sistemi, 8 ədəd gəmi əleyhinə raket və 2 ədəd uzaqdan idarəolunan silah sistemi var. Ancaq nəzərə alınmalıdır ki, silah yükü müştərinin ehtiyaclarına görə dəyişəcək.


Atış gücü və uzaqlıq baxımından MPC ilə bənzər hücum katerilərinin Yaxın Şərqdəki populyarlığı və Türkiyənin döyüş gəmisi bazarında müştərilərinə Şərq və Qərb mənşəli sistemləri eyni platformada birləşdirən çevik inteqrasiya imkanları təqdim etdiyini nəzərə alsaq, bu dizaynın bölgədəki hücum katerləri bazarına möhkəm təməllə daxil olması mümkündür.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: STM-IDEF-21   MPAC  


Bizi "telegram"da izləyin