OTOKAR-dan ən çətin missiyalar üçün “Cobra II” MRAP-ları

2021/08/COBRA-4888623081.jpg
Oxunub: 21521     15:07     21 Avqust 2021    
“Koç” şirkətlər qrupuna daxil olan “Otokar” şirkəti 17-20 avqust 2021-ci il tarixlərində 15-ci dəfə keçirilən IDEF-2021 Beynəlxalq Müdafiə Sənayesi sərgisində milli hərbi maşınlar və döyüş modulu sistemləri ilə yerini aldı. 4 gün ərzində keçirilən sərgidə “Otokar” yeni hərbi maşınlarını nümayiş etdirir.

Ən çətin missiyalar üçün hazırlanan “Cobra II” zirehli maşınlarının minaya qarşı qorumalı (MRAP) konfiqurasiyası ilk dəfə Türkiyədə nümayiş olunub. Stenddə yüksək ballistik və üstün manevr qabiliyyəti ilə seçilən “Tulpar-S” tırtıllı zirehli maşının yanında, “Cobra II” zirehli təcili təcili tibbi yardım maşını və “Ural” personal daşıyıcısı ziyarətçilərə təqdim olunub.


“Cobra II” zirehli vasitə ailəsi yüksək qorunma və daşıma səviyyəsi və geniş daxili həcmi ilə seçilir.

Üstün hərəkət qabiliyyətinə əlavə olaraq, komandir və sürücü də daxil olmaqla 10 nəfərlik personal daşımaq qabiliyyətinə malik olan “Cobra II” ballistik, mina və əldəqayırama partlayıcı maddə təhdidlərinə qarşı üstün qorunması sayəsində yüksək səviyyədə təhlükəsizlik təmin edir. Ən çətin ərazi və iqlim şəraitində yüksək performans təmin edən “Cobra II” istəyə uyğun olaraq amfibiya tipində istehsal olunur və tələb olunan müxtəlif vəzifələrə mükəmməl uyğunlaşır.

Geniş silah inteqrasiyası və vəzifə avadanlıqları təchizatı özəllikləri sayəsində xüsusilə üstünlük verilən “Cobra II” Türkiyədə və ixracat bazarlarında sərhəd mühafizəsi, daxili təhlükəsizlik və sülhməramlı əməliyyatlar da daxil olmaqla bir çox vəzifələri uğurla yerinə yetirir.

“Cobra II” eyni zamanda, modul quruluş sayəsində personal daşıyıcı, silah platforması, quruda müşahidə radarı, KBRN, kəşfiyyat maşını, komanda-idarəetmə vasitəsi və təcili yardım maşını kimi fəaliyyətləri icra edə bilər.

“Otokar” IDEF-də “Cobra II”nin personal daşıyıcı versiyası ilə yanaşı MRAP və zirehli təcili təcili tibbi yardım versiyalarını da nümayiş etdirib.


Ən çətin vəzifərlər üçün: “Cobra II” MRAP-ları

İxracat bazarlarında diqqəti çəkən “Cobra II” minaya qarşı qorumalı vasitə kimi (MRAP) riskli ərazilərdə yüksək inkişaf qabiliyyətini təmin etmək üçün hazırlanıb. O, bu sinif avtomobillərdən fərqli olaraq istifadəçilərə yüksək ballistik və minaya qarşı mühafizə, yüksək nəqliyyat gözləntiləri, bənzərsiz hərəkətlilik təmin edir. Dünyadakı oxşar minaya qarşı mühafizəli avtomobillərlə müqayisədə “Cobra II” MRAP ağırlıq mərkəzinin aşağı olması səbəbindən təkcə sabit yollarda deyil, həm də ərazidə üstün hərəkətlilik və bənzərsiz idarəetmə təklif edir. Aşağı silueti ilə daha az nəzərəçarpan vasitə modul quruluşu ilə istifadəçilərinə döyüş sahəsində logistik üstünlüklər təqdim edir. Fərqli yerləşdirmə variantları ilə 11 nəfərə qədər şəxsi heyət daşımaq qabiliyyətinə malik olan avtomobil istifadəçi tələblərinə uyğun olaraq 3 və ya 5 qapılı olaraq konfiqurasiya edilə bilər.


Təcili Müdaxilə Vəzifələri üçün: “Cobra II” təcili yardım maşını

İlk dəfə iki il əvvəl IDEF-də təqdim olunan “Cobra II” zirehli təcili yardım avtomobili mina və ballistik mühafizə altında yüksək səviyyəli ərazi qabiliyyəti təklif edir və standart təcili yardım maşını ilə edilə biləcək bütün müdaxilələri həyata keçirə bilir.

“Cobra II” təcili yardım maşını yüngülliyi ilə bataqlıq və palçıq kimi fərqli səthlərdə belə yüksək performans göstərir, həmçinin yaralıların xilas edilməsini və təcili müdaxilə missiyalarının döyüş sahəsinə daxil olaraq təhlükəli bölgədə fəaliyyətlər icra etməsini təmin edir. Təcili yardım maşını olaraq xidmət göstərmək üçün standart “Cobra II”nin hündürlüyü və eni təcili yardım vəzifəsinə uyğun olaraq artırılıb və böyük daxili hissəyə malikdir. Arxa qapı xüsusi olaraq təcili yardım maşınları üçün dizayn edilib. “Cobra II” təcili yardım maşını sürücü, komandir və tibb işçiləri istisna olmaqla, 2 oturan və 1 yatan və ya 2 yatan xəstəni götürə biləcək iki fərqli konfiqurasiyaya malikdir.

Daxili təhlükəsizlik vəzifələri üçün “Ural”

“Otokar”ın yenilikçi perspektivinin bənzərsiz məhsulu olan “Ural” platforması müxtəlif istifadəçilərin fərqli konfiqurasiyadakı 4×4 çoxtəkərli zirehli və ya zirehsiz taktiki avtomobillərə olan ehtiyaclarını ödəmək, çoxyönlü və modul tipli həlli ilə ehtiyacları qarşılamaq üçün hazırlanıb. Modul tipli quruluşu və ölçüləri sayəsində fərqli missiyaların tələb etdiyi avadanlıq, silah sistemləri və konfiqurasiyaya asanlıqla uyğunlaşdırıla bilən “Ural” platforması hələ də ölkə daxilində və xaricdə bir çox vəzifələrdə istifadə olunur.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cobra-II   MRAP   IDEF-2021  


Bizi "telegram"da izləyin