2021-ci ilin aprelində “Akıncı” zərbə PUA-sından ilk dəfə buraxılan “Mam-T” raketlərinin təkmilləşdirilməsi planlaşdırılır.

Gələcəkdə lazerlə idarə olunan döyüş başlığı ilə yanaşı infraqırmızı başlığı ola biləcək MAM-T bununla lazerlə idarə olunan başlıqdan fərqli olaraq yaxalanmadan terminal mərhələdə hədəfinə doğru gedə biləcək.
Əlavə olaraq, MAM-T üçün qatlanan qanadlar üzərində işlər aparılır, qatlanan qanad sayəsində döyüş sursatı hərəkət zamanı daha aşağı siluetə sahib olacaq. Bu vəziyyət, xüsusilə pilotsuz döyüş təyyarəsi (MIUS) və 5-ci nəsil döyüş təyyarəsi (MMU) kimi daxili silah stansiyalarına sahib olacaq döyüş təyyarələrinin MAM-T istifadə etməsi üçün büyük əhəmiyyət daşıyır.

MAM-L üçün “Blok 2” konfiqurasiyasının inkişafları davam edir. Bu konfiqurasiya üçün radiomeneəyə davamlı GPS-lə idarəolunan və infraqırmızı başlıq planlaşdırılır. İdarəolunmada təkmilləşdirmələrə əlavə olaraq, qəlpəli döyüş başlığı daha təsirli olacaq.
MAM-L-in yerüstü nəqliyyat vasitələrinə qarşı istifadə edildiyini nəzərə alsaq, infraqırmızı başlığın xüsusilə mobil və lazer xəbərdarlıq sistemləri ilə təchiz edilmiş avtomobillərə qarşı ideal seçim olacağını deyə bilərik. Hərbi karvanlara edilən hücumlarda infroqırmızı başlığın təmin etdiyi eyni anda birdən çox hədəfi vurma qabiliyyəti hücumların daha sürətli həyata keçirilməsini təmin edəcək.
MAM-C üçün heç bir inkişaf planlaşdırılmasa da, arzu olunarsa bu istiqamətdə işlər görülə biləcəyi bildirilir.
Dəyanət Ağalarlı
Ordu.az