IDEF-2021: BMC çoxtəkərli “Altuğ” zirehli maşınını təqdim edib

2021/08/BMC-A-9777240600.jpg
Oxunub: 19844     16:50     21 Avqust 2021    
BMC şirkəti tərəfindən hazırlanan 8x8 təkər formuluna malik “Altuğ” çoxtəkərli zirehli maşını IDEF-2021 müdafiə sərgisi çərçivəsində ilk dəfə nümayiş olunub. Fərqli silah sistemləri ilə təchiz oluna bilən vasitə ASELSAN-ın 35 mm-lik “Korhan” silah qülləsi ilə təqdim edilib.

“Altuğ”un tırtıllı və təkərli vasitələrlə 52 fərqli növdə 2952 avtomobilin alınacağı Yeni Nəsil Yüngül Zirehli Vasitələr tenderində yarışacağı gözlənilir.


Modul konsepsiyası ilə vasitə fərqli istifadəçi ehtiyacları və vəzifələri üçün vahid platformadır. Yüksək səviyyəli və genişləndirilə bilən modul konsepsiyası ballistik qorunma, mina və əldəqayırma patlayıcı qurğulardan, kimyəvi, biloji, radiooloji, nüvə təhdidlərindən qorunma təmin edir. “Altuğ” döyüş sahəsinin qalası olmaqla yanaşı, atış mövqeyini aşkar etmə sistemi ilə üstünlük təmin edir.

- Yüksək güc-çəki nisbəti
- Sinifindəki ən qısa dönmə radiusu
- Şəhər tipli yaşayış yerlərində yüksək manevr qabiliyyəti
- Vasitənin içindən nəzarət olunan insansız qüllə
- 12.7 mm çaplı silah qülləsi olan zirehli personal daşıyıcısı və 35 mm çaplı silah qülləsi olan zirehli döyüş maşını konfiqurasiyası
- 7.62 mm koaksiyal silah
- Modul dizayn
- Tək gövdədə fərqli vasitələr
- 105 mm top daxil olmaqla müxtəlif silah və vəzifə sistemlərinin inteqrasiyası üçün uyğun modul quruluş
- İnkişaf hədəf aşkarlama, izləmə və komanda-idarəetmə sistemləri ilə yüksək döyüş qabiliyyəti
- Yüksək yerlilik dərəcəsi


Taktiki-Texniki Xüsusiyyətləri:

Hərəkət Qabiliyyəti

Mühərrik: Caterpillar CI3
Maksimum güc: 711 at gücü
Transmissiya: Allison 4000 Seriyası
Ötürücü sayı: 6 irəli, 1 geri
Güc-çəki nisbəti:> 23 (at gücü/ton)


Elektrik sistemi

MIL STD 1275E Gərginlik: 24V
Alternator: 600A


Təkər formulu: 8 × 8
Tam Müstəqil Hidropnevmatik
Sürücü Davamlılığının Tənzimlənməsi



Təkər Sistemi

14R20 və 16R20 şinlər
Mərkəzi Təkər Şişirmə Sistemi


Sükan Sistemi

4 Komponentli Hidravlik Sükan
Dönmə radiusu <8m


Atəş gücü

Zirehli personal daşıyıcıda
12.7 mm zenit sistemi: 400 ədəd sursat
40 mm qumbaraatan: 80 ədəd sursat
7.62 mm pulemyot: 1000 ədəd sursat

Zirehli döyüş maşınında:
35 mm cütlüləli avtomatik top: 100 ədəd sursat
7.62 mm pulemyot: 500 ədəd sursat



Atəşə Nəzarət Sistemi

Optik Stabilizasiya qabiliyyəti
Avtomatik Hədəf İzləmə
TV/Termal görüntüləmə və lazerlə idarə olunan


Ekipaj Təlim Modulu

Ağıllı Kondisioner Sistemi
Köməkçi Güc Qrupu
Sürücü Görmə Sistemi


Personal potensialı

3 ekipaj (komandir, topçu, sürücü)
9 heyət



Ekoloji Şərtlər

İşləmə temperaturu: +49

Qorunması

Yüksək və Genişləndirilə bilən Modul
Balistik, Mina və ƏQM Mühafizəsi
KBRN Qoruma Sistemi
Yanğın söndürmə
Döyüş sahəsi tanıtma sistemi
Lazer Xəbərdarlıq Sistemi
Aktiv Qoruma Sistemi
Atəş Aşkarlama Sistemi
360 dərəcə Ətraf Mühit Məlumat Sistemi
Mobil Gizləmə Şəbəkəsi


Komanda Nəzarəti

Çoxdalğalı rəqəmsal radioəlaqə
Yeni Nəsil Daxili Rabitə Sistemi
Komanda İdarəetmə Sistemi



Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: IDEF-2021   BMC   Altuğ  


Bizi "telegram"da izləyin