“Cirit” silah sistemi yüksək hərəkət qabiliyyəti, 360 ° dönmə xüsusiyyəti və vasitənin daxilindən idarə oluna bilən sabitlənmiş modul sistemi ilə lazer və infraqırmızı vasitələrlə idarə olunan raketlərin atışı üçün xüsusi həll olaraq diqqət çəkir.

2014-cü ildə “Cirit” silah sistemi həm quru, həm də dəniz platformalarına uğurla inteqrasiya edilərək sınaqdan keçirilib.
Sistem həm dayanan, həm də hərəkətdə olan atış qabiliyyəti ilə “Utmas”, “L-Utmas” və “Cirit” raketlərini buraxa bilər.
Silah sistemi 4 ədəd “Utmas”, “L-Utmas”, 8 ədəd “Cirit” və ya 2 ədəd “Utmas”, “L-Utmas” və 4 ədəd “Cirit” raketi daşıma qabiliyyətinə malik olmaqla istifadəçisinə fərqli konfiqurasiyada atış qabiliyyəti imkanı təqdim edir. Tankları, yüngül zirehli maşınları, şəxsi heyəti məhv etmək üçün hazırlanmış “Cirit” silah sistemi inkişaf etmiş xüsusiyyətləri ilə diqqət çəkir.

Sistem həm lazer, həm də infraqırmızı idarəolunan 3 fərqli növdəki raketi ata bilmə qabiliyyətinə malik olmaqla rəqibləri qarşısında üstünlük təşkil edir.
Sabitləşdirilmiş qülləsi sayəsində 40 kilometrə qədər hərəkətdə atış imkanı verən “Cirit” silah sistemi istifadəçiyə 8 kilometrə qədər zərbə qabiliyyəti təqdim edir.
Bu sistem həmçinin daşıdığı yüksək texnologiyalı elektro-optik sistemlə 20 kilometr məsafədə kəşfiyyat və müşahidə fəaliyyəti həyata keçirə bilər. “Cirit” silah sisteminə 7,62 mm pulemyotun inteqrasiyası üçün də işlər davam etdirilir.
Dəyanət Ağalarlı
Ordu.az