“Karaok” TƏİRK 2022-ci ildə TSQ arsenalına daxil olacaq

2021/08/karao-4888377813.jpg
Oxunub: 22224     14:04     23 Avqust 2021    
ROKETSAN şirkəti tərəfindən hazırlanan “Karaok” qısa mənzilli tank əleyhinə idarəolunan reket kompleksi (TƏİRK) 2022-ci ildə Türkiyə Silahlı Qüvvələrinin (TSQ) arsenalına daxil olacaq.

ROKETSAN-ın tank əleyhinə raket ailəsi tək əsgər tərəfindən istifadə olunan qısa məsafəli “atdım-unutdum” tipli tank əleyhinə silah olan “Karaok” ilə genişlənir.


“Karaok” hava hücumu, hava-desant əməliyyatları və amfibiya əməliyyatlarında piyada qüvvələrinin zirehli və motoatıcı bölmələrinin ən azı 1 kilometr qısa məsafədə dayandırılması, gecikdirilməsi və məhv edilməsi vəzifələrinin səmərəli yerinə yetirilməsini təmin edəcək.

“Karaok” yüksək döyüş başlığı performansı və silah bazarındakı həmkarları ilə müqayisədə üstün imkanları ilə seçilir. Üzərindəki termal kameralar sayəsində “Karaok” gecə-gündüz işləməyə imkan verən yüngül və portativ sistem olacaq.

“Karaok” hər hansı şəhər mühitində döyüşün reallaşdığı, xüsusən də nisbətən daha qısa məsafəyə və yüngül portativ tank əleyhinə raketlərin lazım olduğu döyüşlərdə uğurla istifadə edilə bilər.

“Karaoka”dakı milli komponentlər də diqqəti çəkir. Sistemdə inersial ölçü vahidi, tandem döyüş başlığı, fırçalı DC mühərriki, enerji mənbəyi təchizatını türk mühəndisləri milli qaynaqlarla hazırlayıblar. ROKETSAN 2016-cı ildə işə başlayan bu sistemi 2022-ci ildə Türkiyə Silahlı Qüvvələrinin arsenalına daxil etməyi hədəfləyir.


“Karaok”un Taktiki-Texniki Xüsusiyyətləri

Uzunluğu: 1.200 mm (boru ilə birlikdə)
Çapı: 125 mm
Çəkisi: <16 kq (Raket + Boru)
Döyüş başlığı: Zireh dəlici tandem
Mənzil: 2,5 km
Axtarış başlığı: İnfraqırmızı başlıq
İdarəetmə Sistemi: Terminal idarəetmə
Qeyri-həssaslıq: Maye Yanacaq və mərmi zərbəsinə qarşı həssasızlıq
Silah Sistemi: TV/Termal Kamera/Lazer məsafə ölçən/GPS


İstifadə rejimi

“Atdım-unutdum”
Atış öncəsi hədəfə kilidlənmə

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ROKETSAN   Karaok   TƏİRK  


Bizi "telegram"da izləyin