Ordu.az xəbər verir ki, bu barədə Ukraynanın İstanbuldakı baş konsulu Aleksandr Haman Türkiyə kanallarından birinə müsahibəsi zamanı danışıb.
O, müqavilənin Türkiyənin STM şirkəti və Ukrayna gəmiqayırma zavodunun birgə istehsal edəcəyi “Ada” sinifinə məxsus iki korveti əhatə etdiyini bildirib.
Müqaviləyə əsasən, ilk gəmi 2023-cü ilin sonuna qədər Ukraynaya təhvil veriləcək, daha sonra Ukraynada tamamlanacaq.
Ukrayna Donanması korvetləri həm Qara dənizdə, həm də Azov dənizində yerləşdirməyi planlaşdırır.
Müqavilənin dəyərinin təxminən 236 milyon ABŞ dolları olduğu təxmin edilir.
“Ada” korvetləri hava, yerüstü və sualtı hədəflərin yerini, təsnifatını, eyniləşdirilməsini və məhv edilməsini həyata keçirə, həmçinin dəniz atəşi dəstəyi təmin edə bilər. Dəniz nəzarəti, patrul missiyaları, sahil və infrastrukturun mühafizəsi də korvetlərin missiyalarına daxildir.
99.44 metrlik gəmi iki S70 “Seahawk” helikopteri daşıya bilər. Sensorları və silahları arasında 3D radar var.
Sevinc Əliyeva
Ordu.az